AZ

Əsir, itkin və girovlarla bağlı Dövlət Komissiyasının yeni katibi kimdir? - DOSYE

Xəbər verildiyi kimi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi vəzifəsinə yeni təyinat olub.

Dövlət Komissiyasının katibi vəzifəsinə Qəzənfər Rövşən oğlu Əhmədov təyin edilib.

Modern.az saytı Qəzənfər Əhmədovun qısa tərcümeyi-halını təqdim edir:

Əhmədov Qəzənfər Rövşən oğlu 17 iyul 1983-cü ildə Bakı şəhərində anadan olub.

2005-ci ildə Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsini “Beynəlxalq hüquq” ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 2002-ci ildə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində (ANAMA) başlayıb. 2015-2021-ci illərdə ANAMA-nın direktoru olub.

2022-2024-cü illərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Xidmət rəisinin müşaviri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2018-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.

Evlidir, 3 övladı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
11
modern.az

10Mənbələr