AZ

Qəzənfər Əhmədov yüksək vəzifəyə TƏYİN OLUNDU 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında yeni təyinat olub. 

Bizim.Media qurumun saytına istinadən xəbər verir ki, Dövlət Komissiyasının katibi vəzifəsinə Qəzənfər Rövşən oğlu Əhmədov təyinat alıb. 

Qeyd edək ki, 1983-cü il təvəllüdlü Rövşən Əhmədov Bakıda anadan olub. 

Bu təyinatadək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində (ANAMA) direktor, Dövlət Təhlükəsizliyi Xidmətində Xidmət rəisinin müşaviri vəzifələrində çalışıb. 

Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2018-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub. 

Evlidir, 3 övladı var. 

Xatırladaq ki, Q.Əhmədovdan əvvəl bu vəzifədə İsmayıl Axundov çalışırdı. 
 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
11
bizim.media

10Mənbələr