BƏƏ Rusiya neft məhsullarının alışını 4 dəfə artırıb.
İqtisadiyyat.az "RİA Novost"iyə istinadən xəbər verir ki, bu ilin sonunda Rusiya neft məhsullarının Birləşmiş Ərəb Əmirliklərinə ( BƏƏ ) tədarükü pul ifadəsində dörd dəfə artaraq rekord həddə - 971,4 milyon dollara çatıb.
Eyni zamanda, BƏƏ Rusiya kömürünün alışını 1,7 dəfə (75,3 milyon dollar) artırıb, iki ölkənin ümumi ticarət dövriyyəsi isə 3,5 faiz artaraq 11,2 milyard dollara çatıb.
Gözəl Həşimova