Təhsil eksperti Kamran Əsədov da növbədənkənar parlament seçkilərində iştirak edəcək.
“AzPolitika” xəbər verir ki, bu barədə o “Facebook” səhifəsində yazıb.
“1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün insanı ilə, daşı ilə, torpağı ilə mənə doğma olan, əziz olan Neftçala rayonundan, 70 saylı Seçki Dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm və imzatoplama kampaniyasına start verdim”, - ekspert bildirib.
Keçən seçkidən sonrakı 4 il ərzində Neftçalada böyük işlər görüldüyünü vurğulayan K.Əsədov qeyd edir ki, bu rayon təkcə ölkə əhəmiyyətli yox, dünya miqyasında olacaq enerji və digər vacib layihələr həyata keçirilir.
“Düşünürəm ki, Neftçalamın daha da inkişafına təkan verəcək bilik və bacarıqlara sahibəm”, - o əlavə edib.
“AzPolitika.info”