AZ

Bu adam cənnətdə hər kvadratmetrə olan mülkləri 170 manata SATIR - VİDEO

Bu adam cənnətdə hər kvadratmetrə olan mülkləri 170 manata SATIR - VİDEO

Meksikada Entoms kilsəsini "Allahdan icazə aldığını" iddia edən bir keşiş idarə edir.

Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, sözügedən keşiş cənnətdə hər kvadratmetrə mülkü 100 dollara (170 manat) satır. Bu vədlər sosial şəbəkələrdə buludlar arasında müqəddəs ev kimi təsvir olunub. Şəkillərdə qızıl pilləkənlərdən səmalara qalxan ailə öz əksini tapıb.

Elanlarda bildirilib ki, kilsə "PayPal", "Google Pay", "Visa", "Mastercard" və "American Express" daxil olmaqla müxtəlif ödəniş üsullarını qəbul edir TikTok-da isə bir nəfər cənnətdə torpaqlarının nmilyon dollar dəyərində satıldığını iddia edib və bunu "dünyanın ən böyük daşınmaz əmlak sövdələşməsi" adlandırıb.

Bununla belə, dini liderlərin cənnətdə mülkləri satmaq cəhdləri yeni deyil. 2018-ci ildə Zimbabveli bir keşiş öz camaatına 533 dollara "cənnət bileti" satdığı üçün həbs olunub. Eynilə, keçən il bir Uqandalı keşiş öz tərəfdarlarının çoxunu mülklərini, torpaqlarını və heyvanlarını satmağa inandırıb.

Bu cür cəhdlərə baxmayaraq, bir çox tənqidçilər cənnətə girişin pulsuz olduğunu iddia edir və bu fırıldaqlara qarşı xəbərdarlıq edirlər.

Seçilən
69
sonxeber.az

1Mənbələr