AZ

Ölkədə ÜDM istehsalında artım olub

2024-cü ilin altı ayında ölkədə 59520,4 milyon manatlıq ümumi daxil məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,3% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 
 
Altı ayda neft-qaz sektorunun əlavə dəyəri 0,6%, qeyri neft-qaz sektorunda isə 6,9% artıb. 
 
Əhalinin hər nəfərinə düşən ÜDM  5840,7 manata bərabər olub. 

Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.

2023-cü ilin on ayında Azərbaycanda 100,9 milyon manatlıq  ümumi daxil məhsul istehsal olunub.  
 
Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % böyüyəcəyini proqnozlaşdırır.
 
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır.
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
170
1
anews.az

10Mənbələr