AZ

OPEC “OPEC+”a daxil olmayan ölkələrdən neft tədarükünün artımı ilə bağlı proqnozunu saxlayıb

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) 2024 və 2025-ci illər üçün “OPEC+” alyansına daxil olmayan ölkələrdən neft tədarükünün artımı ilə bağlı proqnozunu saxlayıb.

Missiya.Az “Report"a istinadən xəbər verir ki, bu barədə təşkilatın aylıq hesabatında qeyd edilib.

2024-cü ildə “OPEC+”a daxil olmayan ölkələrdən neft tədarükü sutkada 1,23 milyon barel artaraq gündəlik 52,98 milyon barel, 2025-ci ildə isə daha 1,1 milyon barel artaraq gündəlik 54,08 milyon barel təşkil edəcək.

Bu artımın hərəkətverici qüvvəsi neft hasilatı aprel ayında tarixi maksimuma yaxınlaşan ABŞ olacaq. OPEC-ə daxil olmayan ölkələrdən tədarükün ümumi artımının 0,51 milyon barelinin ABŞ-nin payına düşəcəyi gözlənilir (0,44 milyon barel - iyun proqnozu). Digər drayver ölkələr Kanada və Qayana olacaq.

OPEC hesab edir ki, 2025-ci ildə “OPEC+” alyansına daxil olmayan ölkələrdə tədarükün artması ABŞ, Braziliya, Kanada və Norveçdə də müşahidə olunacaq və əsas azalmanın isə Anqolada olacağı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
1
missiya.az

2Mənbələr