1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqlarının 2024-cü ilin sonuna qədər aparılacağını təxmin edirlər.
Oxu.Az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Rusiya Federasiyası və Çinə səfəri ilə bağlı hesabatlarında yazıb.
Orban əlavə edib ki, cəbhədəki növbəti iki ay həmişəkindən daha dramatik olacaq. Onun sözlərinə görə, Rusiya lideri gərgin döyüşlər nəticəsində Ukrayna Silahlı Qüvvələrinin itkilərini aylıq 40-50 min arasında qiymətləndirib.
"Ona görə də Rusiya prezidenti müvəqqəti atəşkəs təklifinin Zelenski tərəfindən rədd edilməsinə təəccübləndi", - deyə Macarıstanın baş naziri vurğulayıb.
Onun qeyd etdiyi kimi, Avropa özü də ABŞ-ni gözləmədən sülh təşəbbüsü ilə çıxış etməlidir, çünki ölkədə siyasi kampaniya gedir.
"Danışıqlarıma əsasən, düşünürəm ki, atəşkəs və sülh danışıqları üçün yol xəritəsi ilə bağlı bütün mümkün təkliflərin müsbət qarşılanması üçün indi daha böyük şans var", - Orban deyib.