Kolumbiya millisi Amerika kubokunun yarımfinal matçında Uruqvaya 1:0 hesabı ilə qalib gəlib.
Ucnoqta.az xəbər verir ki, görüş Şimali Karolinada Şarlotta şəhərində baş tutub.
Yeganə qolu 39-cu dəqiqədə Cefferson Lerma vurub. Birinci hissəyə əlavə olunmuş vaxtda kolumbiyalı müdafiəçi Daniel Munyos ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Final iyulun 15-nə keçən gecə Moskva vaxtı ilə Mayami Qardensdə start götürəcək.///tass