İspaniyanın Baş naziri Pedro Sançes Vaşinqtonda keçirilən NATO Atlantika Şurasının dövlət və hökumət başçılarının iclasında iştirak edib.
News24.az-ın məlumatına görə, İspaniya mətbuatında dərc olunan xəbərdə İspaniya baş nazirliyindəki mənbələrə əsaslanaraq Sançes NATO-nun qapalı iclasındakı çıxışında deyib:
“Bizi Ukraynaya dəstəyimizi zəiflədəcək ikili standartlar tətbiq etməkdə ittiham etmək olmaz. Əksinə, Rusiyanın Ukraynadakı işğalına qarşı Qəzzə üçün də eyni birliyi və ardıcıllığı göstərməliyik. Biz bunu tələb edirik”.
Günel Məlikzadə