AZ

İlham Əliyevin Pakistan səfərindən gözləntilər nələrdir? – Pakistanlı ekspertin şərhində

Azərbaycan Prezidenti İlham Əliyev Pakistana rəsmi səfər edib. Səfər zamanı Pakistan-Azərbaycan arasında müxtəlif iqtisadi sahələrdə danışıqlar aparılacaq. Səfərin əsas məqsədlərindən biri də ölkələrin qarşılıqlı şəkildə investisiya payının artırılmasıdır. 

İnkişaf edən Azərbaycan-Pakistan münasibətləri daha çox hansı sahələrdə özünün göstərəcək?

Məsələ ilə bağlı Ednews-a danışan pakistanlı siyasi-iqtisadi ekspert Mehmud Ul Hassan Xan Azərbaycanın Pakistana bu sahələrdə investisiya yatıracağını açıqlayıb:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif tərəfindən dəvət edilərək İslamabada rəsmi səfərə gedib. Bu görüş dövlətlərarası münasibətlərin, iqtisadiyyatın müxtəlif sahələrinin, qarşılıqlı investisiyanın, enerji əməkdaşlığının, turizm, tekstil və neft-qaz ticarətinin inkişaf etdirilməsi üçün olduqca mühim hesab edilir.”

Dr.-Mehmood-Ul-Hassan-Khan.jpg

Pakistanlı ekspert bildirib ki, Azərbaycan Pakistanın müxtəlif sahələrinə 2-3 milyard dollar dəyərində investisiya ayıracaq:

“Pakistanın Neft nazirliyi Musadik Malik bilirib ki, Bakı Pakistana 2-3 milyard dollar dəyərində investisiya yatırmağı düşünür. Əliyevin hazırki səfəri iki ölkə arasında iqtisadi əlaqələri üst səviyyəyə çıxaracaq. Bu, Türkiyə-Azərbaycan-Pakistan üçlüsü arasında bu ay Qazaxıstanda keçiriləcək sammit ilə nəticələnəcək. Bu görüşlər, bundan sonra da ölkələr arasında iqtisadi sektorlarda investisiyaların yatırılmasına təkan verəcək. 

Qeyd edək ki, Azərbaycanın Pakistandakı investisiyaları əsasən mineral yataqları, qaz və neft sektorunda cəmləşib. Bundan başqa, yeni neft və qaz mənbələrinin aşkar edilməsi və mayeləşdirilmiş qaz sahəsinə olan investisiyaların genişləndirilməsinə yön veriləcək. Təxmin edirəm ki, İlham Əliyevin Pakistan səfəri iki ölkə arasında həm də süni intellekt sahəsində əməkdaşlığın böyüməsinə şərait yaradacaq.”

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
50
ednews.net

10Mənbələr