1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Avropa Komissiyası "X" sosial şəbəkəsinə (keçmiş "Twitter") istifadəçi yazılarına gizli senzura tətbiq etməyi təklif edib.
Oxu.Az ren.tv-yə istinadən xəbər verir ki, bu barədə platformanın sahibi İlon Mask məlumat verib.
"Avropa Komissiyası "X"ə qeyri-qanuni məxfi sövdələşmə təklif etdi: "Əgər biz bu barədə heç kimə demədən yazıları sakitcə senzura etsək, cərimələnməyəcəyik", - o, sosial media səhifəsində yazıb.
Maskın sözlərinə görə, digər platformalar bu sövdələşməyə razılıq verib, lakin "X" rəhbərliyi bundan imtina edib.