AZ

Prezident iki sənədi təsdiqlədi

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Xidməti Komissiyası arasında Anlaşma Memorandumu” təsdiqlənib.

 

Viral.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

 

Memorandum 2024-cü il mayın 14-də Bakı şəhərində imzalanıb.

 

Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma”nın təsdiq edilməsi haqqında Fərman da imzalayıb.

 

Qeyd edək ki, sənəd 2024-cü il iyunun 7-də məktublar mübadiləsi formasında imzalanıb.

Seçilən
240
16
viral.az

10Mənbələr