AZ

Rişi Sunak parlament seçkisində məğlubiyyətini etiraf edib

Böyük Britaniyanın Baş naziri Rişi Sunak iyulun 4-də keçirilən parlament seçkisində məğlubiyyətini etiraf edib.

APA-nın BBC-yə istinadən xəbərinə görə, mühafizəkarların seçki fiaskosuna görə məsuliyyəti üzərinə götürən R.Sunak leyboristlərin lideri Kir Stramerlə əlaqə saxlayaraq, ona təbriklərini çatdırıb.

O qərarı Böyük Britaniya xalqının verdiyini və səhvlərdən nəticə çıxarılmalı olduğunu söyləyib.

Öz növbəsində leyboristlərin lideri Kir Starmer qələbəni böyük dəyişikliklərin başlanğıcı adlandırıb.

İlkin ehtimala görə, leyboristlər parlamentdə 170, mühafizəkarlar isə 119 yerə sahib olub.

Krallığın xarici işlər naziri Ceyms Kleverli də məğlubiyyəti şərh edib.

O, bildirib ki, əldə olunan nəticələr xalqın islahat yolunu seçdiyinə işarədir: “Bundan əvvəlki seçkidə bizim partiyanı dəstəkləyənlər bu dəfə islahatları dəstəklədiyini göstərdi. Biz isə artıq xalqın dəstəyini hansı yolla yenidən qazanmağın mümkünlüyü barədə düşünməliyik”.

Seçilən
89
5
azpolitika.info

6Mənbələr