AZ

Rusiyada ən azı iki uşağı olan ailələrə dövlət dəstəyi ARTIRILDI

Rusiya prezidenti Vladimir Putin iki və ya daha çox uşağı olan ailələr üçün yeni illik ailə müavinətinin tətbiqini nəzərdə tutan qanunu imzalayıb.

Ednews rusturk.com-a istinadən xəbər verir ki, bu yeni tənzimləmə gəlirləri müəyyən səviyyədən aşağı olan işləyən Rusiya vətəndaşlarını hədəfləyir. 

Yeni federal qanun rəsmi olaraq iyulun 13-də dərc edilib və 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək. Qanuna əsasən, əlavə dövlət dəstəyi yalnız iki və daha çox uşağı olan və adambaşına düşən gəliri minimum yaşayış minimumunun 1,5 mislindən çox olmayan ailələrə veriləcək. 18 yaşına qədər uşağı olan ailələr (əgər övladları 23 yaşa qədər universitet tələbəsidirsə) bu ödənişdən yararlana bilər.

 

2025-ci ildən etibarən minimum yaşayış səviyyəsi əhali üçün 17 min 733 rubla qədər artırılacaq. Bu o deməkdir ki, bir ailənin gəliri ayda adambaşına 26 min 599 rubldan çox olmamalıdır. İki uşaq böyüdən və aylıq 53 min rubl gəlir əldə edən valideynlər bu dəstəkdən yararlana bilməyəcəklər.

Müavinətin məbləği fərdi gəlir vergisi (NDFL) əsasında hesablanacaq. Ailələr əvvəlki il ödədikləri gəlir vergisinin 7 faizini geri ala biləcəklər. Bu yolla aztəminatlı ailələr illik gəlir vergisi ödənişlərinin bir hissəsini geri almaqla “on üçüncü maaş” şəklində dəstək alacaqlar.

 Xəyal

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
6
ednews.net

7Mənbələr