Naxçıvan Muxtar Respublikasında kommersiya qurumlarının 61,3 faizi elektron qaydada qeydiyyata alınıb.
Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 3567 yeni vergi ödəyicisi qeydiyyata düşüb.
Muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, onların 3404-ü fiziki, 163-ü isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 20,6 faiz artıb.
Cari ilin 6 ayında kommersiya qurumlarının 61,3 faizi elektron qaydada, 38,7 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota götürülüb.