Ukrayna hakimiyyəti danışıqlar yolu ilə Rusiya ilə münaqişəyə son qoymaq niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu haqda “The New York Times” məlumat yayıb.
Qəzetin qeyd etdiyi kimi, Kiyev hakimiyyəti artıq münaqişəyə son qoymaq planı üzərində işləyir.
“Münaqişənin iki il yarımdır davam etdiyinə görə, Ukrayna danışıqlar yolu ilə hərbi əməliyyatları dayandırmaq üçün plan hazırlayır” – deyə, materialda qeyd edilib.
Xatırladaq ki, Zelenski bildirib ki, Rusiya Ukraynadakı münaqişənin həlli üçün ikinci sülh sammitinə iştirak edə bilər.