AZ

Makron bu dəfə istefasını qəbul etdi

Fransa Prezidenti Emmanuel Makron partiyasının seçkilərdə məğlub olmasından sonra Baş nazir Qabriel Attalın istefasını qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “France24” yazıb.

Məlumata görə, Nazirlər Kabineti hələlik eyni tərkibdə fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, bir müddət öncə istefa verən Attalın müraciətini Makron qəbul etməmişdi.

Qeyd edək ki, Attal sözügedən vəzifəyə cari ilin yanvarında təyin edilib.

Onu da bildirək ki, Fransadakı seçkilərdə solçu partiyaların koalisiyasını təmsil edən “Yeni Xalq Cəbhəsi” ölkənin Milli Assambleyasına (parlamentin aşağı palatası) keçirilən seçkilərin ikinci turunda qalib gəlib. Rəsmi məlumata görə, “Yeni Xalq Cəbhəsi” parlamentdə 182 yer qazanıb. İkinci yerdə 168 yerlə Fransa Prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi “Birlikdə” koalisiyası yer alıb.

Seçilən
177
50
qafqazinfo.az

10Mənbələr