Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Kollegiyası 26 aprel 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda dəyişiklik edilməsi barədə 16 mart 2023-cü il tarixli qərarında dəyişiklik edib.
Bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov yeni qərar imzalayıb.
Qərara əsasən, ölkəyə idxal olunmuş kotanlara güzəştin tətbiq edilməsi bu ilin sonuna qədər müraciət edildiyi təqdirdə həyata keçiriləcək.
Qərarın icrası nazir müavini İlhamə Qədimovaya tapşırılıb.
Nazirliyin Hüquq və icra intizamı şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.