AZ

Azərbaycan Paris-2024-də 3 paracüdoçu ilə təmsil olunacaq

Paris-2024 Paralimpiya Oyunlarında Azərbaycan 3 paracüdoçu ilə təmsil olunacaq.
Sport24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Fransanın paytaxtında qadın paracüdoçularımızdan Xatirə İsmiyeva (J1, +70 kq) və Dürsədəf Kərimova (J2, +70 kq), kişilərdə isə İlham Zəkiyev (J1, +90 kq) tatamiyə çıxacaq.
Dürsədəf Kərimova və İlham Zəkiyev dünya reytinqindəki mövqelərinə əsasən Paris-2024 Paralimpiya Oyunlarına lisenziya qazanıblar. Xatirə İsmiyevaya isə Milli Paralimpiya Komitəsi tərəfindən göndərilən sorğu əsasında Beynəlxaq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ ("bipartite") verilib.
Qeyd edək ki, Paris-2024 Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-nə kimi davam edəcək.

Seçilən
71
14
sport24.az

10Mənbələr