AZ

Rusiya Finlandiya ilə sərhədi pozdu

Rusiya ilə Finladiya arasında bu ayın 3-cü sərhəd pozuntusu qeydə alınıb.

Olaylar xəbər verir ki, bu barədə Finlandiyanın sərhəd mühafizəsinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Rusiya motorlu qayığı Finlandiya sərhədini keçərək Pixayarvi gölünə daxil olub və sonra yenidən geri qayıdıb.

Qeyd edilir ki, bu, ayın əvvəlindən Rusiya ilə sərhədin üçüncü dəfə pozulmasıdır. İyulun 11-i və 14-də Rusiya ilə Finlandiya arasında qeyri-qanuni sərhəd keçidləri qeydə alınıb.

2023-cü ilin noyabrında Finlandiya üçüncü ölkələrdən miqrant axını bəhanəsi ilə Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayıb. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
64
15
olaylar.az

10Mənbələr