AZ

Ermənistanın müdafiə qabiliyyətinin gücləndirməsinə Avropa Sülh Fondundan 10 milyon avro ayrılması müzakirə olunacaq

Avropa İttifaqı Xarici işlər nazirləri Şurasının iyulun 22-də keçiriləcək iclasının gündəliyinə daxil olan məsələlər sırasında Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro ayrılması məsələsi də yer alacaq.

“Armenpress”-in xəbərinə görə, Avropa Sülh Fondu tərəfindən göstərilən yardım Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiləcək.

Qeyd edilib ki, Avropa İttifaqı üçün fövqəladə hallarda mülki əhalinin müdafiəsi prioritetdir, bu yardım da analoji məqsəd üçün xərclənəcək.

Bununla belə, planlaşdırılan yardım heç bir halda öldürücü silahların alınmasına yönəlməyəcək və Aİ-nin hərbi gücü olmadığı üçün birgə hərbi təlimləri əhatə etməyəcək.

Həmçinin gözlənilir ki, Aİ-yə üzv ölkələrin xarici siyasət idarələri rəhbərlərinin görüşündə viza rejiminin liberallaşdırılması məsələsi üzrə Avropa Komissiyası-Ermənistan dialoqunun başlanması təsdiqlənəcək. Dialoq başladıqdan sonra onun aparılması üçün əsas vasitə Ermənistan hakimiyyətinə təqdim olunacaq viza rejiminin liberallaşdırılması üzrə fəaliyyət planı olacaq.

Seçilən
155
50
korrespondent.az

10Mənbələr