AZ

NATO 500 mindən çox hərbçini yüksək hazırlıq vəziyyətinə gətirib

"2014-cü ildən bəri 500 mindən çox NATO əsgəri yüksək hazırlıq vəziyyətindədir".Mediaxeberleri.Az CNN-ə istinadən xəbər verir ki, bunu Şimali Atlantika Alyansının rəsmi nümayəndəsi Farah Daxlalla deyib."2014-cü ildən bəri NATO bizim kollektiv müdafiəmizdə bir nəsil ərzində ən əhəmiyyətli transformasiyaya məruz qalıb", - o bildirib."Biz Soyuq Müharibədən bəri ən əhatəli müdafiə planlarını həyata keçirmişik və hazırda 500 mindən çox əsgər yüksək hazırlıq vəziyyətindədir", - Daxlalla əlavə edib.Xatırladaq ki, bundan əvvəl Polşa Prezidenti Ancey Duda NATO-nun hərbi münaqişəyə hazırlaşdığını bildirmişdi.

Seçilən
239
6
mediaxeberleri.az

10Mənbələr