AZ

Dövlət qurumunun 30%-lik səhm paketi özəlləşdirilib

23 İyul tarixində keçirilən 2 hərracın nəticələri açıqlanıb.

Ləğv prosesində olan bankın torpaqları hərraca çıxarılır - QİYMƏTLƏR

FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iyulun 23-də keçirdiyi növbəti hərracda 1 səhmdar cəmiyyətinin səhm paketi və 7 nəqliyyat vasitəsi və avadanlıq satılıb.

Belə ki, Lənkəran rayonunda yerləşən "Port İliç Xidmət" ASC-nin nominal dəyəri 2 manat olan 25 698 ədəd səhmi satılıb. Hərraca satışa çıxarılan səhmlərin yekun satış qiyməti 25 698 manat təşkil edib.

Nəqliyyat vasitələrinə gəlincə buraxılış ili 1986-2019-cu illər arası dəyişən və start qiyməti 4 500 – 2 200 000 manat olan nəqliyyat vasitələri özəlləşdirilib.

Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.

Daha detallı aşağıdak cədvəldə :

Balanssaxlayıcı təşkilatın adı

Avtonəqliyyat vasitəsinin markası

Dövlət nömrə nişanı

Buraxılış ili

Hərraca çıxarılan ilkin satış qiyməti (manat)

Yekun satış  qiyməti (manat)

Protokol №-si və tarixi

1

"Azərbaycan Hava Yolları" QSC

ATR 72-500 markalı, ATR-42/72 hava gəmisi üzrə pilotların hazırlanması üçün istifadə olunan simulyator

\

2010

2200000

2200000

20/24  27.05.2024

2

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi

"B-98" layihəli "Vixr" tipli gəmi

\

1986

900000

900000

20/24  27.05.2024

3

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)

Nissan Sunny minik

10 AH 547

2007

5000

5750

20/24  27.05.2024

4

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti

Citroen C 5 minik

90 PB 515

2013

7000

7000

20/24  27.05.2024

5

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Khazar Peugeot minik

10 AO 758

2019

4500

4500

20/24  27.05.2024

6

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

PAZ 32054 avtobus

10 AO 397

2008

6500

6500

20/24  27.05.2024

7

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti

QAZ-2705-18 Yük

90 JC 039

2007

4500

4500

20/24  27.05.2024

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
2
fed.az

3Mənbələr