AZ

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini artırdı

Rusiya Mərkəzi Bankı əsas uçot dərəcəsini 18%-ə qaldırıb.

Marja.az xəbər verir ki, bu, son 7 ayda ilk faiz artımıdır. Ötən ilin dekabrından bu yana uçot dərəcəsi 16% səviyyəsində qalırdı. 

Ekspertlər də uçot dərəcəsinin 18%-ə yüksələcəyini gözləyirdilər.

Son aylar Rusiyada inflyasiya yenidən sürətlənib.

Rusiya Mərkəzi Bankının Direktorlar Şurası inflyasiya və orta uçot dərəcəsi ilə ortamüddətli proqnozlarını da yeniləyib.

-İnflyasiya proqnozu 4,3-4,8% -dən 6,5-7%-ə qaldırılıb;

-Orta uçot dərəcəsi üzrə proqnoz 2024-cü il üçün 15-15%-dən 16,9-17,4%-ə, 2025-ci il üçün isə 10-12%-dən 14-16%-ə yüksəlib.

Rusiya Mərkəzi Bankının növbəti iclası 13 sentyabr 2024-cü il tarixində keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
12
marja.az

10Mənbələr