AZ

Aİ Şurası Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib

Aİ Şurası Maqdalena Qrononu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi təyin edib.

Day.Az bu barədə Aİ Şurasına istinadən xəbər verir.

Qrono bu vəzifədə 6 ildən çox çalışan və səlahiyyət müddəti avqustun 31-də bitən Toivo Klaarı əvəz edəcək.

O, öhdəliklərinin icrasına 2024-cü il sentyabrın 1-də ilkin olaraq 12 ay müddətinə başlayacaq.

Aİ Şurasının məlumatlarına görə, Qrono "BMT və ATƏT ilə sıx koordinasiya şəraitində münaqişələrin sülh yolu ilə həllinə, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərin normallaşması prosesinə" töhfə verəcək.

"Qrono Aİ-nin yeni nümayəndəsi olaraq regionda Aİ-nin xarici siyasət məqsədlərinin icrasına öz töhfəsini verməklə, sələflərinin işini davam etdirəcək. O, regionda əsas maraqlı tərəflərlə qarşılıqlı fəaliyyət göstərəəck və hökumətlər, parlamentlər, digər mühüm siyasi subyektlər və vətəndaş cəmiyyəti ilə təmasları inkişaf etdirəcək, ortaq maraq kəsb edən regional mövzular üzrə əməkdaşlığı təşviq edəcək və asanlaşdıracaq", - Aİ Şurasının bəyanatında deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
2
day.az

4Mənbələr