Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Armavir vilayətinə işgüzar səfəri zamanı Türkiyə ilə sərhəddəki “Marqara” nəzarət-buraxılış məntəqəsinə baş çəkib.
Ulusal.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, baş nazir Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyanın müşayiəti ilə sərhəd məntəqəsinin imkanları ilə tanış olub və əraziyə baxış keçirib.
Nəzarət-buraxılış məntəqəsi bir neçə ay əvvəl tamamilə modernləşdirilib və yenidən təchiz edilib.