AZ

İran Paris Olimpiyadasında təxribat törədə bilər

Bu barədə İsrailin xarici işlər naziri Yisrail Katz xəbərdarlıq edib.

O, fransalı həmkarı Stefan Sejurneyə ünvanladığı məktubda İran agentləri və digər terrorçu qrupların 2024-cü ildə Paris Yay Olimpiya Oyunları zamanı İsrail idmançılarını və turistlərini hədəfə almağı planlaşdırdıqlarını yazıb.

Nazir, İran agentləri və Tehrana bağlı terrorçuların israillilərə qarşı terror aktları planlaşdırdıqlarına dair məlumatlar əldə etdiklərini deyib.

Qeyd edək ki, Paris Yay Olimpiya Oyunlarında 88 israilli idmançı iştirak edir.

visiontv.az



Seçilən
37
4
visiontv.az

5Mənbələr