AZ

Zəhərlənməmək üçün əməl etməli olduğunuz 4 qayda

Qida zəhərlənmələri bütün dünyada tez-tez rast gəlinən bir haldır və isti havalarda, yaz-yay aylarında daha çox təsadüf edilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən Metbuat.az-a bildirilib ki, zəhərlənmələrə mikroorqanizmlər, onların toksinləri və ya kimyəvi maddələrlə çirklənmiş qida qəbulu səbəb ola bilər. Son illərin statistik rəqəmlərinə əsasən, qida zəhərlənmələrinin 75 %-i məişət zəminində baş verir. Qida zəhərlənmələrindən qorunmaq üçün evdə qida hazırlayarkən tövsiyə olunan gigiyena qaydalarına əməl etmək lazımdır:- Əllər yemək hazırlamazdan öncə, əsasən də çiy qidalarla təmasdan sonra yaxşıca yuyulmalıdır;- Mətbəx dəzgahı təmiz saxlanmalı, xüsusilə çiy qidalarla (çiy ət, quş əti, balıq, çiy yumurta və tərəvəz) təmasdan sonra yaxşıca təmizlənməlidir;- Yemək hazırlayarkən əldə hər hansı bir yara varsa, sarğı ilə bağlanmalıdır;

- Çiy istehlak edilən (limon, pomidor, meyvələr və s.) və çiy istehlak edilməyən (ət, kartof və s.) qidalar üçün fərqli doğrama lövhələrindən və bıçaqlardan istifadə edilməlidir.

Seçilən
53
8
metbuat.az

9Mənbələr