AZ

Dmitri Kuleba əhəmiyyətli bəyanatlar verdi

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Çin münaqişədə nə Ukraynanın, nə də Rusiyanın tərəfini tutmayıb, yalnız öz maraqlarını güdüb.

Dmitri Kuleba deyib: “Çinin Rusiyanın və ya Ukraynanın tərəfini tutacağını düşünənlər tamamilə yanılırlar''.

Ukraynalı nazir bəyan edib ki, Çinə son rəsmi səfəri zamanı Ukrayna-Çin münasibətləri, iqtisadiyyat və ticarət məsələləri müzakirə olunub.

D.Kuleba Çin rəsmilərinin Ukrayna ilə münasibətlərini Rusiya ilə münasibətlərindən, Ukrayna-ABŞ əlaqələrindən və müharibədən asılı olmayaraq qiymətləndirdiklərini açıq şəkildə ifadə etdiklərini bildirib.

Ukraynanın xarici işlər naziri həmçinin bəyan edib ki, Çin Ukraynanı müstəqil Avropa ölkəsi kimi görür.

 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
trt.net.tr

1Mənbələr