AZ

Partiyasını buraxan deputat yenidən namizəd OLDU

Milli Məclisin deputatı Sabir Hacıyev sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 91 saylı Göyçay seçki dairəsidnən namizədliyini irəli sürüb.

 

Dairə Seçki Komissiyası Modern.az-ın sorğusuna cavab olaraq məlumatı təsdiqləyib.

 

Məlumata görə, o, artıq müvafiq sayda imza toplayıb və imza vərəqələrini komissiyaya geri qaytarıb.

 

Sabir Hacıyev 1954-cü ildə Göyçay şəhərində anadan olub. İxtisasca hüquqşünasdır. O, III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub.

 

Deputat Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasının sədri olub. Partiya ötən il fəaliyyətini dayandırıb. Daha sonra Sabir Hacıyev parlamentdə bitərəf deputat kimi fəaliyyətini davam etdirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
35
modern.az

10Mənbələr