AZ

“Şamaxı” Küveyt klubuna da qalib gəldi

Premyer Liqada 2024/2025 mövsümü öncəsi hazırlığını davam etdirən “Şamaxı” komandası daha bir yoxlama oyunu keçirib.

Arena.az xəbər verir ki, elita təmsilçisi Azərbaycanda təlim-məşq toplanışında olan Küveytin “Əl-Yarmuk” komandası ilə qarşılaşıb.

Bu gün Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma Azərbaycan klubunun inamlı qələbəsiylə yekunlaşıb. 2:0 hesablı qələbə qazanan əyalət təmsilçisinin heyətində Conatan Benteke dublla yadda qalıb.

Xatırladaq ki, “Əl-Yarmuk” iyulun 22-də Qəbələdə Premyer Liqamızın digər təmsilçisi “Kəpəz”lə də üz-üzə gəlmiş və 1:2 hesabıyla uduzmuşdu.

“Şamaxı” isə yay təlim-məşq toplanışında buna qədər daha üç yoxlama oyunu keçirmişdi. Sözügedən komanda “Kəpəz”ə 2:1, “Pelikan”a 5:0, “Cəbrayıl”a isə 4:0 hesabı ilə qalib gəlmişdi.

Yenidən Premyer Liqaya qayıdan şamaxılıları Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün açılış turunda “Sabah”la oyun gözləyir. Avqustun 4-də Şamaxıda keçiriləcək bu oyuna saat 17:30-da start veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
12
arena.az

10Mənbələr