AZ

Çempion məşqçi “15 il” deyir

Bir müddət əvvəl Lionel Skaloninin iyulda Argentina yığmasını tərk etmək haqda düşünməsi ilə bağlı iddialar səslənmişdi.

Lakin baş məşqçi komandanı Amerika Kubokunda ardıcıl ikinci çempionluğa daşıyandan sonra tamamilə fərqli açıqlama verib. O, yığmadakı gələcəyi barədə danışarkən Argentina Futbol Assosiasiyası ilə uzunmüddətli sözləşmə imzalamaq istədiyini deyib:
“Hazırda müqaviləmin müddətinin bitməsinə iki il qalıb. Futbol təşkilatının prezidentinə deməliyik ki, mənə 15 illik müqavilə təklif etsin. Həmin təklifi alsam, o müqaviləni imzalayacağam”.

Skaloni 2018-ci ildən Argentina millisinin baş məşqçisidi. Komanda onun rəhbərliyi altında 2021-ci ildə Amerika Kubokunun, 2022-ci ildə isə dünya çempionatının qalibi olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
football-plus.az

1Mənbələr