Lakin baş məşqçi komandanı Amerika Kubokunda ardıcıl ikinci çempionluğa daşıyandan sonra tamamilə fərqli açıqlama verib. O, yığmadakı gələcəyi barədə danışarkən Argentina Futbol Assosiasiyası ilə uzunmüddətli sözləşmə imzalamaq istədiyini deyib:
“Hazırda müqaviləmin müddətinin bitməsinə iki il qalıb. Futbol təşkilatının prezidentinə deməliyik ki, mənə 15 illik müqavilə təklif etsin. Həmin təklifi alsam, o müqaviləni imzalayacağam”.
Skaloni 2018-ci ildən Argentina millisinin baş məşqçisidi. Komanda onun rəhbərliyi altında 2021-ci ildə Amerika Kubokunun, 2022-ci ildə isə dünya çempionatının qalibi olub.