İkinci rübün sonunda “Apple” Çinə ilk beş smartfon tədarükçüsü sırasından çıxıb.
Valyuta.az xəbər verir ki, “İnterfaks” bu barədə "Canalys" analitik şirkətinin məlumatlarına istinadən yazıb.
Lider 19% bazar payı ilə Çinon "Vivo" şirkəti olub. Aprel-iyun aylarının sonunda brend satışları illik müqayisədə 15% artaraq 13,1 milyon smartfona çatıb.
İkinci yeri 16% payla OPPO şirkəti tutub. İlk üçlüyü bazarın 15%-i ilə HONOR tamamlayır. İlk beşliyə həmçinin "Huawei" (həmçinin 15%) və "Xiaomi" (14%) daxil olub.
"Canalys" analitiki Lukas Zonq qeyd edib ki, tarixdə ilk dəfə olaraq Çində ilk 5 smartfon tədarükçüsü tamamilə yerli şirkətlərdən ibarətdir.
"Apple"ın bazar payı 14%-ə düşüb. İkinci rübdə "iPhone" satışları 9,7 milyon, "Xiaomi" isə 10 milyon cihaz təşkil edib.
Paşa Məmmədli