AZ

Pentaqon Çinin COVID-19 peyvəndini gözdən salmaqla məşğul olduğunu etiraf edib

ABŞ Müdafiə Nazirliyi Filippində Çinin Sinovac koronavirus peyvəndini gözdən salmaqla məşğul olduğunu etiraf edib.

Bu barədə “Reuters” hələlik ictimaiyyətə açıqlanmayan hökumət sənədinə istinadən məlumat yayıb.

“Reuters” sənədə əsasən yazır ki, ABŞ sonradan belə nəticəyə gəlib ki, peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir. Sənəddə qeyd olunur ki, ABŞ ordusu 2021-ci ilin avqustunda COVID-19 və COVID-19 peyvəndlərinin mənşəyi ilə bağlı məlumatların yayılmasını dayandırmağı ilə bağlı Filippin tərəfini məlumatlandırıb.

“Reuters”in bildirdiyi kimi, onun jurnalistləri 2020-ci ilin yayında “X” sosial şəbəkəsində 300-ə yaxın hesab tapıblar və bu hesablar virusun yayıldığı dövrdə Çinə etibar etməməyə və Çin peyvəndlərindən istifadə etməməyə çağıran təxribatçı mesajlar dərc ediblər.

Dezimformasiya kampaniyası ən fəal olaraq Filippində həyata keçirilib. Amma bundan başqa həmin kampaniya Cənub-Şərqi Asiya ilə yanaşı, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrində də həyata keçirilirdi.

Bir neçə platformada Çin peyvəndlərinin tərkibində donuz əti jelatini olduğu və bu səbəbdən də onların müsəlman ölkələrində istifadəyə yararsız olması ilə bağlı yazılar dərc olunub

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
5
azpost.info

10Mənbələr