AZ

Muxtar Babayev Böyük Britaniya kralı ilə görüşüb

Muxtar

London, 26 iyul, AZƏRTAC

COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Londonda “Clarence House”da Böyük Britaniya Kralı III Çarlz ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə COP29-un rəsmi “X” sosial şəbəkəsində qeyd olunub. Görüşdə COP sədrlikləri “Troyka”sına daxil olan COP28-in prezidenti Sultan Əl Cabir və Braziliyanın iqlim dəyişikliyi üzrə milli katibi Ana Toni iştirak ediblər.

Görüşdə COP sədrlikləri “Troyka”sı BƏƏ Konsensusu ilə yaranmış dinamikanı davam etdirmək və 1,5 hədəfinə çatmaq üçün göstərilən səyləri Kral III Çarlzla paylaşmaqdan məmnun və şərəf duyduğunu bildirib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
10
azertag.az

10Mənbələr