AZ

İtaliya 10 il fasilədən sonra Suriyaya səfir göndərməyi planlaşdırır

İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani ölkəsinin 10 illik fasilədən sonra yenidən Suriyaya səfir göndərməyi planlaşdırdığını açıqlayıb.

APA xəbər verir ki, Tajani parlamentdəki çıxışında İtaliyanın Suriya ilə diplomatik əlaqələri bərpa etmək niyyətində olduğunu bildirib.

Rusiyanın Yaxın Şərqdəki diplomatik səylərinin qarşısını almaq istədiklərini ifadə edən Tajani İtaliyanın 10 illik fasilədən sonra yenidən Suriyaya səfir göndərməyi planlaşdırdığını deyib.

İtaliyanın bu addımı Avropa İttifaqında (Aİ) parçalanmalara səbəb ola biləcək diplomatik addım kimi qiymətləndirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
8
apa.az

10Mənbələr