AZ

İsrail həbsxanasında ağır işgəncələrə dözə bilməyən HƏMAS lideri ÖLDÜ

İsrailin cənubundakı Ramon həbsxanasında saxlanılan HƏMAS liderlərindən Mustafa Məhəmməd Əbu Arra səhhətinin pisləşməsi nəticəsində aparıldığı xəstəxanada dünyasını dəyişib.

Medianews.az xəbər verir ki, həbs olunduqdan sonra Əbu Arranın işgəncələrə məruz qaldığı və müalicədən məhrum edildiyi bildirilib.

Fələstin Əsirlər Dərnəyi və Fələstinli Əsirlər İşləri Komissiyasından verilən açıqlamada, İsrailin cənubundakı Ramon həbsxanasında saxlanılan 63 yaşlı Mustafa Məhəmməd Əbu Arranın xəstəxanaya yerləşdirildikdən sonra öldüyü təsdiqlənib. Arranın ötən il oktyabrın 30-da həbs olunduqdan sonra işgəncələrə məruz qaldığı və müalicədən məhrum edildiyi vurğulanıb. İsrailin Qəzzaya hücumlarının başladığı 7 oktyabrdan bəri ən azı 18 fələstinlinin İsrail nəzarətində həyatını itirdiyi qeyd edilib.

Medianews.az

Hamas

Seçilən
18
medianews.az

1Mənbələr