AZ

Bu giləmeyvəni 7 gün yeyən 10 il cavanlaşır – Professor

İnsanın uzunömürlü olması bir çox amildən asılıdır. Ancaq ən vacibi düzgün qidalanmadır. Düzgün qidalanma isə yalnız təzə meyvə və tərəvəzlərə üstünlük verməklə təmin edilə bilər.

KONKRET.az xəbər verir ki,alimlər yeni bir araşdırma nəticəsində qara qarağatın bir neçə faydalı xüsusiyyətini aşkarlayıblar.

Bu giləmeyvənin xüsusilə damar sağlamlığına müsbət təsir etdiyi üzə çıxıb.

“Cəmi 7 gün bu giləmeyvədən yedikdən sonra qan dövranı yaxşılaşır və bədən 10 il cavanlaşır”, – deyə professor Mark Villems bildirib.

Onun sözlərinə görə, qara qarağat ekstraktının tərkibindəki maddələr qan təzyiqinin artmasına səbəb olan ürək-damar sisteminin patologiyalarından qoruyur.

“Bu giləmeyvə həm də kalium və linolenik turşunun (GLA) əla mənbəyi hesab olunur. Qara qarağat xüsusilə yüksək təzyiqdən əziyyət çəkənlər üçün olduqca vacib qidadır”, – deyə mütəxəssis vurğulayıb.//Medicina.az

Seçilən
75
14
konkret.az

10Mənbələr