AZ

Dünyaca məşhur narkobaron El Çaponun oğlu ələ keçdi

ABŞ hakimiyyəti Meksikanın Sinaloa narkotik kartelinin lideri, "El Mao" ləqəbli İsmael Sambada və digər məşhur kartel lideri, "El Çapo" ləqəbli Xoakin Quzmanın oğlu Xoakin Quzman Lopezi həbs edib.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə AP məlumat yayıb.

Bildirilib ki, Sambada dünyanın ən məşhur narkotik tacirlərindən biridir, o, uzun müddət gizli olaraq kartelin qaçaqmalçılıq əməliyyatlarına rəhbərlik edib.

Meksikanın federal rəsmisi Sambada və Quzman Lopezin ABŞ-a şəxsi təyyarəsi ilə səfər etdiyini və daha sonra həbs olunduqlarını bildirib.

ABŞ hökuməti uzun illər hüquq-mühafizə orqanlarından qaçan Sambada barəsində məlumat verən şəxsə 15 milyon dollara qədər mükafat təyin etmişdi.

Qeyd edilir ki, hər iki şəxs uzun zaman ABŞ-a narkotik qaçaqmalçılığı şəbəkəsinə rəhbərlik edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
2
milli.az

10Mənbələr