AZ

Paris-2024: Bu gün 5 Azərbaycan idmançısı mübarizəyə başlayır

Azərbaycanın daha beş idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə başlayacaq.

"Operativ Media" xəbər verir ki, ilk olaraq badmintonçu Keişa Fatimə Zəhra H qrupunda He Bin Çzyao (Çin) ilə üz-üzə gələcək. Batminton yarışları Bakı vaxtı ilə saat 10:30-da başlanacaq

Saat 12:00-da isə cüdo yarışlarl start götürür.

Cüdoçulardan Balabəy Ağayev (60 kq) mübarizəyə 1/8 finaldan başlayacaq. O, Simon Zulu (Zambiya) – Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi ilə qarşılaşacaq. Qadın cüdoçumuz Leyla Əliyeva 1/16 finalda Xalimajon Kurbanova (Özbəkistan) ilə görüşəcək.

Güllə atıcısı Ruslan Lunyov 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada təsnifat mərhələsində yarışacaq. 33 idmançı start xəttinə çıxacaq, onlardan 8-i finala yüksələcək. (Saat 12:30)

Akademik avarçəkmədə isə Diana Dımçenko 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində yarışacaq (13:00)..

Qeyd edək ki, Paris-2024 -ə avqustun 11-də yekun vurulacaq.

Xatırladaq ki, Azərbaycan Yay Olimpiya Oyunlarında 48 idmançı ilə təmsil olunur

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
50
operativmedia.az

10Mənbələr