Yaponiyanın Kita dağında bir alpinist 40 il əvvəl istehsal olunan açılmamış "Coca-Cola" bankası tapıb və onu içib.
Demedia.az xarici KİV-ə istinadla bildirir ki, sosial şəbəkələrdə Tori-çan kimi tanınan şəxs, açılmamış qutunu dağ cığırında qarda tapıb. Üzərini oxuduqdan sonra onun 1980-ci illərdə istehsal edildiyini müəyyən edib.