AZ

Rusiya izi araşdırılır: Fransadakı təxribatın arxasında aşpaz Kiril dayanır?

Dəmir yollarında bir sıra təxribatlar Olimpiadadan əvvəl Fransada nəqliyyatı iflic edib. Təhlükəsizlik qüvvələrinin ehtimallarına görə, bunun arxasından Rusiya çıxacaq.

Publika.az xəbər verir ki, ötən həftə 40 yaşlı aşpaz Kiril Qryaznovun Rusiya agenti olmaqda şübhəli bilinərək həbs olunduğu mətbuata sızdırılıb. Kreml sarayı Fransada baş verənlər və həbs edilən Rusiya vətəndaşı ilə bağlı məlumatı olmadığını açıqlayıb.

İyulun 19-da Fransada Rusiya agenti olmaqda şübhəli bilinərək həbs edilən aşpaz Kiril Qryaznovun qəribə əhvalatı var. Mayın 7-də Moskvadan təyyarə ilə İstanbul üzərindən Parisə getməyə çalışan Qryaznov İstanbul Hava Limanının mühafizəsi tərəfindən təyyarəyə buraxılmayıb. O həddindən artıq sərxoş olduğu üçün qara siyahıya salınıb. Təyyarə ilə Fransaya gedə bilməyən Qryaznov quru yolu ilə Bolqarıstanın paytaxtı Sofiyaya gedib, oradan da Parisə çatıb.

Telefon danışığında “Fransızlar indiyə qədər görülməmiş bir açılış mərasimi görəcəklər” deyən Qryaznov Rusiya kəşfiyyatı adından gizli fəaliyyətlər həyata keçirdiyi üçün həbs edilib. Onun üzərindən Ukrayna müharibəsinin əvvəlində Rusiyada yaradılmış “V-komanda” şəxsiyyət vəsiqəsi tapılıb. İstintaq davam edərkən, Fransa prokurorluğu Kiril Qryaznova 30 il həbs cəzası tələb edir.

Seçilən
24
2
publika.az

3Mənbələr