AZ

Qəbələnin Uludaş kəndində 80 təsərrüfat su altında qalıb

Son günlər havaların qeyri-sabit keçməsi xüsusən leysan yağışları Qəbələnin bir sıra yaşayış məntəqələrində fəsadlar törədib.

FED.az xəbər verir ki, Qala çayın daşması nəticəsində sel-sular əvvəlki günlər rayonun Tikanlı və Abrıx kəndlərində təsərrüfatlara xeyli ziyan vurmuşdu. Güclü leysandan sonra bu dəfə Durca çayında suyun səviyyəsi artıb və nəticədə Uludaş kəndində sakinlərin təsərrüfatını, həyətyanı sahəsini lilli su basıb.

Kənd sakini Xanımqız Qaçayeva bildirir ki, artıq ikinci gündür ki, onların təsərrüfatından sel-sular axır. Su azaldıqca həyətdə, təsərrüfatda lil qatı çoxalır.

Eyni aqibətlə digər kənd sakini Ümər Məmmədov da qarşılaşıb. Sakinlərin sözlərinə görə, son bir neçə gündə yağan intensiv yağışlar Durca çayın daşması ilə nəticələnib: “Əslində çay daşmayıb, kəndə ayrılan qolunda suvarma suyu bəndinin qarşısının kəsilməməsi nəticəsində sel-sular sakinlərin həyət bacasına, təsərrüfatlara dolub”.

Kənd bələdiyyəsindən verilən məlumata əsasən, 80 fərdi təsərrüfatın olduğu kənddə 2 min nəfərə yaxın insan yaşayır. Kənd relyef baxımından düzənlikdə yerləşdiyindən sel-sular demək olar ki, əksər təsərrüfatlara zərər vurub.

Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, yağan aramsız leysan yağışları nəticəsində ərazidən keçən əksər çaylarda suyun səviyyəsi bir neçə dəfə artıb: “Qara və Durca çaylarından kəndlərə ayrılan suvarma suyu bəndlərinin qarşısında sel-sularının qarşısını almaq məqsədilə görülən işlərə rəğmən sonrakı daşqınlar prosesi yenidən aktivləşdirib. Hazırda kəndə gedən bəndin qarşısının kəsilməsi, eləcə də sel təhlükəsi olan ərazilərdə bəndlərin bərkidilməsi istiqamətdə işlər davam etdirilir”. (Azərtac)

QəbələninQəbələninQəbələninQəbələnin
Seçilən
50
7
fed.az

8Mənbələr