AZ

Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi ahıl vətəndaşların 43 min manatını mənimsəməkdə təqsirləndirilən, 1978-ci il təvəllüdlü Serqey Karnauxovu saxlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, S.Karnauxov "Telegram" sosial şəbəkəsində əlaqə qurduğu xarici ölkələrdə yaşayan naməlum şəxslərin ona göndərdiyi ünvanlara yollanaraq onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib və yardım göstərilməsi üçün pul tələb edib. Qeyd olunan hüquqazidd əməllər nəticəsində S.Karnauxov 28 000, 9 000 və 6 000 manat olmaqla ümumilikdə üç vətəndaşa 43 000 manat maddi ziyan vurub.
 
Saxlanılan şəxs pul vəsaitlərini əldə edəndən sonra "Telegram"da əlaqə qurduğu şəxslərin kriptovalyuta hesablarına köçürüb. S.Karnauxov bu qanunsuz əməllərin qarşılığında əldə etdiyi məbləğin bir qismini özünə götürüb. Araşdırma zamanı onun paytaxtın Nəsimi rayonunda da analoji əməllər etdiyi müəyyən edilib.
 
Faktlarla bağlı Sabunçu RPİ-nin 13-cü PŞ-də araşdırmalar davam etdirilir.
 
DİN son olaraq bu hallarla bağlı vətəndaşları diqqətli olmağa, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirməyə, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməyə çağırıb.

 

 

Seçilən
7
24
moderator.az

10Mənbələr