AZ

Paris-2024: Ruslan Lunyov ilk cəhdində uğursuz oldu

Fransanın paytaxtı Paris şəhərində keçirilən Yay Olimpiya Oyunlarında (Paris-2024) bu gün güllə atıcılığı yarışlarına start verilib.

Arena.az xəbər verir ki, Azərbaycan yığmasının snayperi Ruslan Lunyov da mübarizəyə qoşulub.

Təmsilçimiz pnevmatik tapança ilə 10 metr məsafədən atəş açıb. 571 xal toplayan Lunyov mərhələni 24-cü yerdə tamamlayıb.

O, sabah mükafatlar uğrunda yarışacaq “səkkizliy”ə düşə bilməyib. Bu növdə mübarizəni dayandıran Ruslan 25 metr məsafədən atəşaçmada da dəqiqliyini sınayacaq. Bu proqramda final mərhələsi sabah Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.

Xatırladaq ki, Azərbaycan millisi Fransaya bütövlükdə 48 idmançı ilə yollanıb. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Seçilən
79
4
arena.az

6Mənbələr