AZ

Qubadlıda ağır qəza: Xəsarət alanlar var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qubadlının Qəzyan kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, "Ural" markalı yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Sürücü və maşında olan bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, vəziyyətləri qənaətbəxşdir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a bildirilib ki, iyulun 26-da saat 22 radələrində Qubadlı rayonunun Qəzyan kəndində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar polis əməkdaşları hadisə yerində olublar.
Hazırda faktla bağlı Qubadlı Rayon Polis Şöbəsində araşdırmalar davam edir.
Nəzrin Vahid
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
38
oxu.az

10Mənbələr