AZ

“Çempionata tam hazır olmasaq da...” – Ayxan Abbasov

“Şamaxı” dünən mövsümlərarası fasilədə 3-cü yoxlama oyununu keçirdi və Küveytin “Əl-Yarmuk” komandasına 2:0 hesabıyla qalib gəldi.

“Şirlər”in baş məşqçisi Ayxan Abbasov oyundan sonra “Football-plus.az”a açıqlama verdi:

“Maraqlı oyun oldu. Rəqib də yaxşı mübarizə apardı. Hər iki komanda yoxlama oyununda yorğun halda davam etdi. Çempionata tam hazır olmasaq da, getdikcə gərginlik artır. Daha ciddi hazırlaşırıq. Təlim-məşq toplanışımız bu gün bitdi. Transfer işlərimiz davam edir. Bundan sonra iki-üç futbolçu istəyirik. Bir qədər çətinliklər var, oyunçuların gəlməsi və s. ilə bağlı. Amma çempionata qədər bunu da həll edəcəyik”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
football-plus.az

1Mənbələr