AZ

Çində tayfun səbəbindən on minlərlə sakin TƏXLİYƏ EDİLDİ

Çin hakimiyyəti "Qaemi" qasırğası və güclü yağışla əlaqədar ölkənin şimal-şərqində yerləşən Liaoninq əyalətində 27 minə yaxın sakini təxliyə edib.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, güclü yağışlar rayonda 40 su anbarının səviyyəsinin artmasına səbəb olub. Onların operatorları sistematik olaraq suyu buraxmağa başlayıblar. Riskləri azaltmaq üçün bəndlərdə patrullar artırılıb.

 

Yüzlərlə kimya və mədən şirkəti daşqın təhlükəsi səbəbindən fəaliyyətini dayandırıb.

 

Seçilən
168
2
sfera.az

10Mənbələr